​Azərbaycan bu il kənd təsərrüfatı istehsalını 3,5% artırıb

​Azərbaycan bu il kənd təsərrüfatı istehsalını 3,5% artırıb Bitkiçilik məhsulları istehsalında 12,3% artım qeydə alınıb
ASK
17 May , 2016 18:37
​Azərbaycan bu il kənd təsərrüfatı istehsalını 3,5% artırıb

Bakı. 17 may. REPORT.AZ/ Azərbaycanın kənd təsərrüfatında yaz-tarla işləri aparılır və may ayının 1-dək 273 min ha sahədə yazlıq bitkilərin səpini aparılıb. “Report” Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, bu dövrdə 17,7 min ha sahədə dənli və dənli paxlalı bitkilər (qarğıdalısız), 20,3 min ha sahədə qarğıdalı (ondan 19,6 min hektarı dən üçün), 57,1 min ha sahədə kartof, 52,8 min ha sahədə tərəvəz, 18,3 min ha sahədə bostan bitkiləri, 6,2 min ha sahədə şəkər çuğunduru, 5,6 min ha sahədə dən üçün günəbaxan, 964 ha sahədə tütün, 33 min ha sahədə pambıq, 59,7 min ha sahədə çoxillik otlar və 1 min ha sahədə birillik otlar əkilib. 

Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-aprel aylarında diri çəkidə ət istehsalı 2% artaraq 151 min ton, süd istehsalı 3,9% artaraq 622,4 min ton, yumurta istehsalı 5,2% artaraq 542,8 mln. ədəd, yun istehsalı 5,4% artaraq 2,9 min ton olub.

İlin əvvəlindən 59,1 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 15,5% çox tərəvəz, 8,3 min ton və ya 20% çox kartof toplanıb. Ötən ilin yanvar-aprel ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 3,5%, o cümlədən bitkiçilik məhsulları istehsalı 12,3%, heyvandarlıq məhsulları istehsalı isə 3,1% artıb.

Son xəbərlər

Orphus sistemi