Yuxarı
    Bağlamaq

    Azərbaycan bu il barama istehsalını artıracaq

    Ötən il isə ölkədə barama istehsalının həcmi 3 dəfədən çox azalıb

    Bakı. 16 may. REPORT.AZ/ Azərbaycanda 2015-ci ildə həcmi 236 kq təşkil edən barama istehsalı ötən il 71 tona çatıb. 

    "Report" xəbər verir ki, bunu jurnalistlərə kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib: "Bu il isə istehsalın bundan bir neçə dəfə çox olacağını gözləyirik".

    Nazir müavini bildirib ki, barama ailələrə 2 700 manat aylıq gəlir gətirəcək: "Gətirdiyimiz baramaları da kümçülərə paylamışıq. Respublikanın 31 rayonunda 739 kəndi əhatə edən 3 013 min kümçüyə vermişik. Bununla 3 013 ailənin dolanması təmin olunacaq. Orta hesabla bir ailə bir ayda 200-300 kq barama təhvil versə, bu, həmin ailənin ayda 1 800-2 700 manat qazancı deməkdir".

    İ.Quliyevin sözlərinə görə, son günlər havaların yağışlı keçməsi və bəzi rayonlarda dolunun düşməsi kənd təsərrüfatına çox ziyan verməyib: "Kənd təsərrüfatına o qədər də ziyan dəyməyib. Əksinə, taxılçılıq, pambıqçılığa şərait yaradıb. Düzdür doludağıdan avadanlıqlar var. Amma bilirsiz ki, müharibə şəraiti ilə əlaqədar bu avadanlıqların həmin ərazilərdə quraşdırılmasında çətinliklər var".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi