Yuxarı
    Bağlamaq

    Azərbaycan bal istehsalını xeyli artırmaq niyyətindədir

    Şöbə müdiri: Azərbaycan balını dünya bazarında 8 dollar/kq-a satmaq mümkündür

    Bakı. 28 dekabr. REPORT.AZ/ Hazırda Azərbaycanda 300 min arı ailəsi var ki, hər ailədən də ildə 10 kq bal götürülür. "Report" xəbər verir ki, bunu jurnalistlərə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi heyvandarlıq şöbəsinin müdiri Qalib Əbdüləliyev deyib: "Təbii ki, bu çox aşağı rəqəmdir". 

    Q.Əbdüləliyevin sözlərinə görə, bu rəqəm dünya təcrübəsində 20,5 kq-dir.

    "Hazırda dünya bazarında balın orta qiyməti 3,5 dollar/kq-dır. Amma Azərbaycan balını rahat 8 dollara satmaq mümkündür. Bu gün Azərbaycanda adambaşına 280 qram bal düşür. Bu rəqəmin 1 kq-a çatdırılmasına çalışırıq. Ölkəmizdə arıçılıqla 6 min insan məşğul olur. Potensialımız var ki, bu rəqəmi 2 dəfə artıraq və biz buna çalışacağıq", - deyə şöbə müdiri qeyd edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi