Yuxarı

Azərbaycan Avropa İttifaqının kənd təsərrüfatı subsidiyalarının verilməsi təcrübəsini öyrənir

Seminarda dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi mexanizmləri müzakirə edilib

Bakı. 14 sentyabr. REPORT.AZ/ Bakıda Kənd Təsərrüfatı Nazirliyində Avropa İttifaqının ekspertlərinin iştirakı ilə “Avropa ölkələrinin kənd təsərrüfatı siyasəti çərçivəsində kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyaların verilməsi və dövlət dəstəyi sisteminin təşkili sahəsində təcrübənin öyrənilməsi” mövzusunda seminar keçirilib. Nazirlikdən "Report"a verilən məlumata görə, seminar Bakıda Avropa İttifaqının TAIEX (Texniki Yardım və İnformasiya Mübadiləsi) proqramı çərçivəsində baş tutub.

Seminarda Azərbaycanın kənd təsərrüfatının inkişafı məsələləri, kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi mexanizmləri müzakirə edilib, Avstriya və Hollandiyada kənd təssərrüfatının inkişafı, dövlətin aqrar siyasətinin formalaşdırılması, kənd təsərrüfatına dövlət dəstəyinin təşkili sahəsində təcrübə ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb. Xüsusilə xarici ekspertlər vahid kənd təsərrüfatı siyasəti çərçivəsində aqrar sahəyə verilən dəstəyin formaları, kənd təsərrüfatına subsidiyaların verilməsi mexanizmi haqqında seminar iştrakçılarına məlumat veriblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi