Azərbaycan arpa ixracına başlayıb

Azərbaycan arpa ixracına başlayıb Bu ilin ilk yarısında İran və İraqa 9,138 min ton arpa məhsulu ixrac olunub
ASK
27 İyul , 2016 15:28
Azərbaycan arpa ixracına başlayıb

Bakı. 27 iyul. REPORT.AZ/ Bu il Azərbaycan ilk dəfə olaraq arpa məhsulunun ixracını reallaşdırıb. Cari ilin birinci rübündə İran və İraqın Azərbaycanda istehsal olunan bir çox yerli məhsulların, eləcə də arpa məhsulunun satışı üçün əlverişli bazar olduğu müəyyənləşib. Nəticədə, bu ilin ilk 6 ayında bu ölkələrə 9 137,5 ton arpa ixrac olunub. İyul ayında isə ixracı reallaşdırılan arpa məhsulunun həcmi 4 327,3 ton təşkil edib. 

Bunu "Report"a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarət Xidmətinin rəisi Camal Quliyev bildirib.

Onun sözlərinə görə, xarici ölkələrə ixrac edilən arpa məhsulunun 3 115,6 tonu yemlik, 10 349,2 tonu isə ərzaq arpa məhsuludur.

"2016-cı ildə də Azərbaycanda kənd təsərrüfatının inkişafı, ölkədə istehsal olunan məhsulların kəmiyyət və keyfiyyət göstəricilərinin yüksədilməsi, ölkənin ixrac potensialının artırılması qarşıya qoyulan məqsədlərdən biridir. Əsasən də, ölkədə yetişdirilən taxıl məhsulları, eləcə də yem məhsullarının ixracı üçün yeni bazarların axtarılması vacib məsələlərdən biridir", - deyə C.Quliyev əlavə edib.

Xidmət rəisi deyib ki, Azərbaycanın bitkiçilik məhsullarının ixracı üçün yeni sifarişlər qəbul olunub və yaxın vaxtlarda arpa məhsullarının növbəti partiyasının ixracı planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi