Azərbaycan arıçıları saxladıqları hər arı ailəsinə görə 10 manat subsidiya alacaq

Azərbaycan arıçıları saxladıqları hər arı ailəsinə görə 10 manat subsidiya alacaq Bakı. 20 sentyabr. REPORT.AZ/ Bu ildən etibarən Azərbaycanda arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə subsidiya veriləcək. Arıçılar saxladıqları hər arı ailəsinə (pətəyə) görə 10 manat məbləğində subsidiya alacaqlar.
ASK
20 Sentyabr , 2018 12:45
Azərbaycan arıçıları saxladıqları hər arı ailəsinə görə 10 manat subsidiya alacaq
0 : 00
0 : 00

Bakı. 20 sentyabr. REPORT.AZ/ Bu ildən etibarən Azərbaycanda arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə subsidiya veriləcək. Arıçılar saxladıqları hər arı ailəsinə (pətəyə) görə 10 manat məbləğində subsidiya alacaqlar.

Bu barədə "Report" a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib. 

Qeyd edək ki, Nazirlər Kabineti “Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası”nı təsdiq edib. Yeni qayda “Arıçılığın inkişafının stimullaşdırılması haqqında” ölkə prezidentinin 5 mart 2018-ci il tarixli sərəncamının icrasını təmin etmək məqsədi ilə təsdiqlənib.

Arı ailələrinin (pətəklərin) identikləşdirilməsi və hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi üçün arıçılıq təsərrüfatları “Arıçılıq təsərrüfatlarının uçotu Qaydası”nın tələblərinə uyğun uçota alınmalıdır. Subsidiya verilməsinin təşkili üçün Kənd Təsərrüfatı Nazirliyi rayon (şəhər) komissiyaları yaradacaq.

Bu qərar 2018-ci il də daxil olmaqla, 5 il müddətində qüvvədədir.

Arıçılar ərizələrini, fiziki şəxslər üçün şəxsiyyət vəsiqəsinin, hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər üçün VÖEN-in surətini, subsidiyanın köçürüləcəyi bank hesabına dair məlumatları hər il aprel ayının 30-dək arıçılıq təsərrüfatının yerləşdiyi rayon (şəhər) komissiyalarına təqdim etməlidirlər.

Son xəbərlər

Orphus sistemi