Bakı. 8 oktyabr. REPORT.AZ/ Azərbaycan Arıçılar Assosiasiyası Kənd Təsərrüfatı Nazirliyi yanında "Dövlət Aqrar Ticarət Şirkəti" MMC ilə əməkdaşlıq memorandumu imzalayacaq.
Bunu "Report"a açıqlamasında assosiasiyanın sədri Bədrəddin Həsrətov bildirib.
Onun sözlərinə görə, məqsəd arıçıların istehsal etdikləri balın satış imkanlarını artırmaqdır.