Yuxarı

Azərbaycan aqrar sektorla bağlı beynəlxalq maliyyə institutları ilə geniş toplantı keçirəcək

İyunun 6-da Bakıda III Donor Əlaqələndirmə Görüşü keçiriləcək

Bakı. 3 iyun. REPORT.AZ/ Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə Bakıda III Donor Əlaqələndirmə Görüşü keçiriləcək. Nazirlikdən "Report"a daxil olan xəbərə görə, iyunun 6-da Bakı Biznes Mərkəzində keçiriləcək tədbir Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi ilə birgə təşkil olunacaq.

Kənd təsərrüfatı naziri Heydər Əsədovun iştirak edəcəyi Donor Əlaqələndirmə Görüşünə Dünya Bankı, İslam İnkişaf Bankı, ABŞ Beynəlxalq Əməkdaşlıq üzrə Agentliyi (USAID), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Avropa İnvestisiya Bankı (EIB), BMT-nin İnkişaf Proqramı (UNDP), Amerika Ticarət Palatası (AmCham), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) kimi 20-dən çox beynəlxalq təşkilat və birlik təmsilçilərinin, 10-a yaxın xarici ölkə səfirinin, qeyri-hökumət təşkilatları nümayəndələrinin qatılacağı gözlənilir.

Donor Əlaqələndirmə Görüşünün keçirilməsində məqsəd kənd təsərrüfatı sahəsində bu təşkilatların dəstəyi ilə icrası davam edən layihələrin gedişinə diqqət ayırmaq, aqrar sahədə mövcud trendləri müzakirə etmək, gələcək əməkdaşlıqların istiqamətini müəyyənləşdirməkdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi