Bu barədə “Report”a səhmdar cəmiyyətindən bildirilib.
Məlumata görə, qurumun İdarə Heyətinin sədri Leyla Məmmədovanın başçılıq etdiyi nümayəndə heyətinin üzvləri Dubay Ticarət və Sənaye Palatasının Beynəlxalq Ofisinin rəhbəri Ömər Əbdüləziz Xan və Palatanın digər rəhbər şəxsləri ilə görüşüb. Görüşdə aqroturizm sahəsində mümkün yeni əməkdaşlıq perspektivləri, Azərbaycan kənd təsərrüfatı məhsullarının bu ölkəyə ixracı, ölkəmizdə aqrar sahəyə investisiyaların cəlbi əsas müzakirə mövzuları olub. Görüş zamanı hər iki tərəf əməkdaşlıqda maraqlı olduğunu bildirib, gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.
Səfər çərçivəsində sabah “Aqrar Tədarük və Təchizat”ın, Azərbaycanın BƏƏ-dəki Ticarət Nümayəndəliyinin və Azərbaycan Ticarət evinin dəstəyi ilə “Azərbaycan kənd təsərrüfatı məhsulları: Sərgi və dequstasiya” tədbiri keçiriləcək. Tədbirin əsas məqsədi ixrac potensialı yüksək olan yerli istehsal kənd təsərrüfatı və qida məhsullarının tanıdılması, yeni ixrac kanalllarının araşdırılması və işgüzar əlaqələrin qurulmasıdır.