Yuxarı
    Bağlamaq

    Azərbaycan alimləri dünyada ilk dəfə çöküntüsüz xurma şirəsi alıblar

    Layihənin genişləndirilməsi və hazır məhsulun dünya bazarına çıxarılması üçün dövlət dəstəyi tələb olunur

    Bakı. 2 fevral. REPORT.AZ/ Azərbaycan kənd təsərrüfatının özəl sektorunda yeni elmi nailiyyət əldə olunub. "Report"un əldə etdiyi məlumata görə, dünyada ilk dəfə olaraq azərbaycanlı bioloqlar yapon xurmasından çöküntüsüz tam şəffaf şirə əldə edə biliblər.

    Məlumatı verən mənbə bildirib ki, bu meyvənin şirəsinin dünyada analoqu yoxdur: "Ancaq Cənubi Koreyada xurma şirəsinə rast gəlmişik, lakin o, dəmir bankada qablaşdırılır və şirənin çöküntüsü olur".

    Mənbənin sözlərinə əsasən, xurmanı lətindən ayırmaq çətin olduğuna görə, bu meyvənin çöküntüsüz şirəsi mövcud deyil. Lakin azərbaycanlı alimlərə göstərilən zəruri yardımlardan sonra, onların tədqiqatları böyük nəticələr verib: "Hazırda bu layihənin dəstəklənməsi və hazır məhsulun dünya bazarına çıxarılması üçün dövlət dəstəyinə ehtiyac duyulur. Bu məqsədlə layihənin iştirakçıları İqtisadiyyat Nazirliyinə müraciət ediblər. Hətta İsrail və Yaponiyadan olan iş adamları da bu nailiyyətlə yaxından maraqlanmağa başlayıblar".

    Azərbaycanın bir çox bölgələrində, xüsusən də Zaqatala-Balakən bölgəsində hər il bol xurma məhsulu götürülür. Bu elmi nailiyyət ölkənin qeyri-neft sektorunun şaxələnməsində və yeni Azərbaycan brendinin formalaşmasında xüsusi rol oynaya bilər.

    Qeyd edək ki, xurmanın tərkibində şəkər çox olduğu üçün bu meyvə tez xarab olur (hətta 1-2 günə satılmırsa, kiflənir). Kiflənməyə meyilli olduğu üçün meyvə tez bir zamanda konyak və digər müvafiq zavodlara şərab çəkmək üçün satılır. Xurmanın tünd rəngdə olması onun tərkibində yod olmasına dəlalət edir. Yod isə uşaqlarda, yaşlılarda yaddaşsızlığa qarşı çox böyük müsbət effekti var. Həmçinin, bu məhsulun ən böyük üstünlüyü onun radiaktiv şüaların qarşısını almasındadır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi