Azərbaycan 2025-ci ilə qədər şərab ixracını 5 dəfə artıracaq

Azərbaycan 2025-ci ilə qədər şərab ixracını 5 dəfə artıracaq Bakı. 3 may. REPORT.AZ/ Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “2018–2025-ci illərdə şərabçılığın inkişafına dair Dövlət Proqramı”na əsasən, yaxın 7 il ərzində Azərbaycan şərab ixracını 5 dəfə artırmalıdır.
ASK
3 May , 2018 16:54
Azərbaycan 2025-ci ilə qədər şərab ixracını 5 dəfə artıracaq

Bakı. 3 may. REPORT.AZ/ Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “2018–2025-ci illərdə şərabçılığın inkişafına dair Dövlət Proqramı”na əsasən, yaxın 7 il ərzində Azərbaycan şərab ixracını 5 dəfə artırmalıdır. 

"Report" xəbər verir ki, proqram ölkədə şərabçılıq ənənələrinin bərpa olunmasını nəzərdə tutur. 

Şərab və şərabçılıq məhsullarının rəqabət qabiliyyəti yüksəldilməli, şərabçılıq üzrə milli normativ texniki sənədlər (DÖST, AZS milli standartları) təkmilləşdirilməli, şərab və şərabçılıq məhsullarının qablaşdırılması üçün köməkçi vasitələrin ölkədə istehsalı dəstəklənməli, şərabçılıq sahəsində fəaliyyət göstərən mütəxəssislərin və marketoloqların bilik və bacarıqları yüksəldilməli, şərab və şərabçılıq məhsulları üçün nəzərdə tutulan aksiz markaları digər alkoqollu içkilərin aksiz markalarından fərqlənməlidir. 

Son xəbərlər

Orphus sistemi