Yuxarı
    Bağlamaq

    AzAFF layihəsi çərçivəsində növbəti seminar Samuxda keçirilib

    Təlimdə 50-dən artıq yerli və ətraf rayonlardan cəlb olunan fermerlər iştirak ediblər

    Bakı. 29 aprel. REPORT.AZ/ Bu gün Kənd Təsərrüfatı Nazirliyi nəzdində Kənd təsərrüfatı layihələrinin və kreditləinin idarə olunması üzrə Dövlət Xidmətinin dəstəyi ilə Azərbaycanda həyata keçirilən AzAFF layihəsi çərçivəsində fermerlərin maliyyə savadlılığına həsr olunmuş növbəti seminar Samux rayonunda keçirilib. Bu barədə “Report”a Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycan nümayəndəliyindən məlumat verilib.

    Təlimin əsas mövzuları planlaşdırmanın vacibliyi, təsərrüfat əməliyyatları üzrə qeydlərin aparılması, əmanət və kredit məhsullarının əsas göstəriciləri, maliyyə institutlarının rolu və funksityaları, onlarla uzunmüddətli və dayanıqlı əlaqələrin qurulması, fermerlər üçün alternativ maliyyələşmə imkanları, maliyyə planlaması, kənar maliyyələşməyə ehtiyacın və düzgün müddətin seçilməsi, gələcək nağd pul dövriyyəsinin və gəlirliyin (ümumi və hər məhsul üzrə) təyin edilməsi olub.

    Təlimdə 50-dən artıq yerli və ətraf rayonlardan cəlb olunan fermerlər iştirak ediblər.

    Tədbiri giriş sözü ilə açan Gəncə Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin direktoru İlqar Zeynalov bildirib ki, bu tip seminarlar fermerlərin maliyyə savadlığını artıraraq istər ailə büdcəsi, istərsə də banklarla münasibətlərinin yaxşılaşdırlmasında mühüm rol oynayır.

    Bundan sonra layihənin aparıcı ekspertləri İlqar Tağıyev və Fəqan Ağayev “Fermerlərin maliyyə savadlığının artırılması” təliminə başlayıblar. İnteraktiv keçən təlimdə tədris materiallarının fermərlərə izahı ilə yanaşı onların öyrəndiklərini nümunələr üzərində praktiki tətbiqi həyata keçirilib. Tədbir əsnasında fermerlərə özündə maliyyə, ailə büdcəsi, əmanətlər və kreditlər üzrə vacib məlumatları əks etdirən xüsusi tədris vəsaiti də verilib.

    Qurumun açıqlamasında deyilir ki, təlimin məqsədi fermerlərə büdcənin tutulmasını və maliyyə məsələləri üzrə düzgün qərarların verilməsini vurğulamaq olub.

    Seminar müddətində fermerləri maraqlandıran suallar və məsələlər də müzakirə olunub və tədbirin sonunda fermerlərə iştirak barədə sertifikatlar təqdim olunub.

    AzAFF layihəsi çərçivəsində fermerlər üçün maliyyə savadlılığı mövzusunda təlimlərin may ayında da keçirilməsi nəzərdə tutulub.

    Xatırladaq ki, 2015-ci il sentyabr ayından etibarən EBRD, Avropa Birliyinin dəstəyi ilə ölkədə yerli maliyyə institutlarını kənd təsərrüfatı sektoruna aid kreditlərin fermer ve digər müəssisələrə verilməsini həvəsləndirmək məqsədi ilə ümumi məbləği 40 mln. ABŞ dollarına qədər olan “Azərbaycan kənd təsərrüfatı maliyyə alətləri Layihəsi"ni (AzAFF) həyata keçirməyə başlayıb. AzAFF özündə EBRD-nin banklar vasitəsilə borcalanların maliyyələşməsi kimi ənənəvi yanaşması ilə yanaşı Azərbaycanda kənd təsərrüfatının inkişafının maliyyələşdirilməsi və sürətləndirilməsi üçün qeyri-maliyyə dəstəyini birləşdirir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi