Yuxarı
    Bağlamaq

    Azərbaycanda avqustda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri bahalaşıb

    Birillik bitkilərin istehsalçı qiymətləri 8,6% bahalaşıb

    Bakı. 9 sentyabr. REPORT.AZ/ Avqust ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 2,3%, o cümlədən birillik bitkilərin istehsalçı qiymətləri 8,6% bahalaşıb.

    Bu barədə “Report”a Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə çoxillik bitkilərin, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə uyğun olaraq 1,3 və 2,1% ucuzlaşıb.

    Birillik bitkilərdən xiyarın 55,9%, qarpızın 32,1%, yoncanın 25,7%, lobyanın 24,4%, pomidorun 21,2%, buğdanın istehsalçı qiymətləri 3,7% bahalaşma müşahidə edilib və bunun əksinə olaraq günəbaxan toxumunun 2,0%, qarğıdalının 0,1%, yerkökünün istehsalçı qiymətlərində 0,2% ucuzlaşma olub.

    Çoxillik bitkilərdən süfrə üzümünün 7,3%, moruq və böyürtkənin 21,1%, fındığın istehsalçı qiymətləri 5,7% ucuzlaşmış, şaftalının 12,8%, gavalı və göyəmin 4,7%, almanın isə istehsalçı qiymətləri 1,1% bahalaşıb.

    Diri heyvanlar və heyvandarlıq məhsullarından təbii balın 1,2 %, qoyun və keçilərin qırxılmış, yuyulmamış yununun və həmçinin, qoyun ətinin (diri çəkidə) istehsalçı qiymətləri 0,1% bahalaşmasına baxmayaraq yumurtanın qiyməti 4,0%, quş ətinin (diri çəkidə) qiyməti 9,9%, südün və həmçinin, mal ətinin (diri çəkidə) istehsalçı qiyməti isə 1,5% ucuzlaşıb.

    Avqust ayında yanacaq oduncağının əvvəlki ayla müqayisədə istehsalçı qiymətinin 6,0% bahalaşması nəticəsində ümumilikdə meşə təsərrüfatı üzrə istehsalçı qiymətləri indeksi 105,8% təşkil edib.

    Ay ərzində balıq və sair balıqçılıq məhsullarının istehsalçı qiymətlərində əvvəlki ayla müqayisədə heç bir dəyişiklik müşahidə olunmayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi