Yuxarı
    Bağlamaq

    Azərbaycan Böyük Britaniya ilə əlaqələrin daha da genişləndirilməsi üçün hökumətlərarası birgə komissiyanın yaradılmasını təklif edib

    Cənub Qaz Dəhlizi layihəsinin mühüm əhəmiyyətini vurğulanıb

    Bakı. 22 sentyabr. REPORT.AZ / Azərbaycan Böyük Britaniya ilə əlaqələrin daha da genişləndirilməsi üçün hökumətlərarası birgə komissiyanın yaradılmasını təklif edib.

    İqtisadiyyat və Sənaye Nazirliyindən "Report"a verilən məlumata görə, bu barədə nazir Şahin Mustafayev Böyük Britaniyanın ticarət və investisiyalar üzrə dövlət naziri Lord İan Paul Livinqston ilə görüşündə bildirib.

    Görüşdə Ş.Mustafayev Cənub Qaz Dəhlizi layihəsinin mühüm əhəmiyyətini vurğulayıb, neft-qaz sahəsində iri infrastruktur layihələrinin icrasında Böyük Britaniyanın xüsusi rolunu qeyd edib.

    Ölkəmizdə makroiqtisadi sabitliyin təmin edildiyini, Azərbaycanda investorlar üçün əlverişli şəraitin yaradıldığını vurğulayan Ş.Mustafayev Azərbaycanda Böyük Britaniya ilə əlaqələrin inkişafına xüsusi önəm verildiyini, hazırda Azərbaycanda 500 İngiltərə şirkətinin uğurla fəaliyyət göstərdiyini vurğulayıb, ölkələrimiz arasında infrastruktur, İKT, turizm, kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və satışı sahələrində əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün böyük imkanların olduğunu diqqətə çatdırıb.

    Böyük Britaniyanın ticarət və investisiyalar üzrə dövlət naziri Lord Livinqston Azərbaycanın neft və qeyri-neft sektorlarının inkişafını, ÜDM-in sürətli artım tempini yüksək qiymətləndirib, hökumətlərarası birgə komissiyanın yaradılması təklifini dəstəklədiyini bildirib. Ölkəsinin Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu diqqətə çatdırıb.

    Qeyd edək ki, Livinqston Böyük Britaniyanın biznes nümayəndə heyətinin yaxın vaxtlarda Azərbaycana gələcəyini bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi