Yuxarı
    Bağlamaq

    Avropa İttifaqının NEAR Baş direktorluğunun nümayəndə heyəti ilə Bakıda görüş olub

    Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov təşkilatın texniki və maliyyə dəstəyini yüksək qiymətləndirib

    Bakı. 28 aprel. REPORT.AZ/ Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov Avropa İttifaqının NEAR Baş direktorluğunun Azərbaycan, Ermənistan və Belarus üzrə bölmənin rəhbəri Vassilis Maraqos və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

    Kənd Təsərrüfatı Nazirliyindən "Report"a verilən məlumata görə, görüşün əsəs məqsədi 2017-2020-ci illər üçün ikitərəfli müstəvidə Avropa İttifaqının Azərbaycana göstərdiyi yardımın (Vahid Dəstək Çərçivəsi) proqramlaşdırılması üçün çoxillik strategiyanın hazırlanması ilə bağlı müzakirələrin aparılması olub.

    Nazir müavini aqrar sahədə Azərbaycanla Avropa İttifaqı arasındakı mövcud əməkdaşlığı və ölkəmizdə kənd təsərrüfatının inkşafı istiqamətində bu təşkilatın texniki və maliyyə dəstəyini yüksək qiymətləndirib. O, Avropa İttifaqı tərəfindən Azərbaycanda həyata keçirilən layihələrdən fermer və sahibkarların faydalandığını qonaqların diqqətinə çatdırıb. Eyni zamanda Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Elektron kənd təsərrüfatı komponentinin icrası və prosedurların həyata keçirilməsi zamanı benefisiara dəstəyin verilməsini nəzərdə tutan texniki yardım” layihəsinin uğurla icra olunduğunu vurğulayıb.

    Seyfəddin Talıbov ölkə başçısının müvafiq Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji yol xəritəsi”ndə Kənd Təsərrüfatı Nazirliyi qarşısında qoyulmuş vəzifələr barədə də nümayəndə heyətinə geniş məlumat verib. 

    “Ölkənin ərzaq təklükəsizliyinin təmin olunması, aqrar sahənin intensiv inkişafının təmin edilməsi və məhsuldarlığın artırılması, və rəqabətədavamlı kənd təsərrüfatı məhsullarının istehsalı, ənənəvi sahələr olan pambıqçılıq, baramaçılıq, fındıqçılıq və tütünçülük sahələrinin inkşafı və ixracyönümlü sahələrə çevrilməsi, elmi potensialın gücləndirilməsi və kadr hazırlğı, toxumçuluq sektorunun yenidən qurulması, müasir avadanlıqlarla təchiz olunmuş yeni aqro-kimya labaratoriyalarının təşkili, müasir tələblərə cavab verən heyvandarlıq kopmlekslərinin yaradılması, informasiya məsləhət xidmətlərinin fəaliyyətinin gücləndirilməsi və sığorta işinin təkmilləşdirilməsi nazirliyin qarşısında duran ən ümdə vəzifələrdir “,- nazir müavini əlavə edib.

    Avropa İttifaqının NEAR Baş direktorluğunun Azərbaycan, Ermənistan və Belarus üzrə bölməsinin rəhbəri Vassilis Maraqos Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələrin zəngin tarixə malik olduğunu qeyd edərək həyata keçirilən layihələrin əhəmiyyətini vurğulayıb, ölkəmizi mötəbər və etibarlı bir tərəfdaş kimi qiymətləndirib.

    Vassilis Maraqos Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın daha da dərinləsməsi üçün səylərini əsirgəməyəcəyini söyləyib.

    Sonda tərəflər arasında gələcək əməkdaşlığın perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi