Assosiasiya sədri: "Xurma istehsalı ilə məşğul olan fermerlərin əsas problemi aqrotexniki qaydalara riayət etməklə bağlıdır"

Assosiasiya sədri: "Xurma istehsalı ilə məşğul olan fermerlərin əsas problemi aqrotexniki qaydalara riayət etməklə bağlıdır" Bakı. 29 noyabr. REPORT.AZ/ Azərbaycanda Xurma istehsalı ilə məşğul olan fermerlərin əsas problemi aqrotexniki qaydalara riayət etməklə bağlıdır.
ASK
29 Noyabr , 2018 15:44
Assosiasiya sədri: Xurma istehsalı ilə məşğul olan fermerlərin əsas problemi aqrotexniki qaydalara riayət etməklə bağlıdır
0 : 00
0 : 00

Bakı. 29 noyabr. REPORT.AZ/ "Azərbaycanda Xurma istehsalı ilə məşğul olan fermerlərin əsas problemi aqrotexniki qaydalara riayət etməklə bağlıdır". 

Bunu "Report"a açıqlamasında Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Qədir Yusifov deyib. 

"Fermerlər xurma ağaclarını düzgün formada budamalı və suvarmalı, torpağın analizini aparmalı və standartlara uyğun məhsul yetişdirməlidirlər. Əks təqdirdə, satışda problemlər yaranır. Bunun üçün təsərrüfat sahiblərinə aqronomun köməyi lazımdır. Assosiasiya bu məsələdə, həm də çeşidlənmə və qablaşdırma məsələlərində dəstək üçün Kənd Təsərrüfatı və İqtisadiyyat Nazirliklərinə təkliflər verib. Hazırda hər iki nazirlik həmin təklifləri analiz edir", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi