Assosiasiya: Narçılıqda damcılı suvarmaya üstünlük verilməlidir

Assosiasiya: Narçılıqda damcılı suvarmaya üstünlük verilməlidir Azərbaycanda narçılıqla məşğul olan fermerlərin 90%-i selləmə suvarma sistemlərindən istifadə edir. Bu isə həm su sərfiyyatını artırır, həm də məhsuldarlıqda gözlənilən nəticəni vermir. Odur ki, nar istehsalçıları damcılı suvarma sistemlərinə üstünlük verməlidir.
ASK
31 May , 2020 16:09
Assosiasiya: Narçılıqda damcılı suvarmaya üstünlük verilməlidir

"Azərbaycanda narçılıqla məşğul olan fermerlərin 90%-i selləmə suvarma sistemlərindən istifadə edir. Bu isə həm su sərfiyyatını artırır, həm də məhsuldarlıqda gözlənilən nəticəni vermir. Odur ki, nar istehsalçıları damcılı suvarma sistemlərinə üstünlük verməlidir". 

Bunu “Report”a açıqlamasında Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının (ANİİA) sədri Fərhad Qaraşov deyib.

"Hazırda dövlətin müvafiq strukturları tərəfindən damcılı suvarma sistemlərinə güzəştli kreditlər təklif edilir. Fermerlərin imkanları varsa, bu sistemləri qursunlar ki, həm su ehtiyatlarına qənaət olunsun, həm də məhsuldarlıq səviyyəsi yüksək olsun. Çünki damcılı suvarma sistemləri ilə ağaclara gübrə, dərman, pestisidlər vurmaq olur, bu da bol məhsul götürməyə imkan verir", - o qeyd edir. 

Assosiasiya rəhbərinin sözlərinə görə, bu il ölkə ərazisində yağıntıların az olması və bunun nəticəsində çaylarda suyun səviyyəsinin aşağı düşməsi, Mingəçevir su anbarında qıtlıq yaranması fermerlərə problemlər yaradıb: "Xüsusilə Aran iqtisadi zonasındakı fermerlər əziyyət çəkdi. Bununla bağlı, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-yə, Kənd Təsərrüfatı Nazirliyinə müraciətlərimiz olub. Bundan sonra məsələyə baxılıb, Kürdəmir və Hacıqabul rayonlarındakı kanallara su verilməsinə başlanılıb”. 

Son xəbərlər

Orphus sistemi