“Azərbaycan istehsalı olan meyvə-tərəvəzin əsas ixrac bazarı olan Rusiyada qiymətlər əvvəlki vaxtlarla müqayisədə aşağıdır, bu isə fermerlərə problem yaradır, onlar az gəlir əldə edir".
Bunu “Report”a açıqlamasında Azərbaycanda Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Bəşir Quliyev deyib.
Bununla belə, onun sözlərinə görə, bu il Azərbaycandan qonşu ölkəyə meyvə-tərəvəz ixracı yenə də artacaq: "2017-ci ildə Rusiyaya 151 min ton, 2018-ci ildə isə 180 min ton məhsul ixrac etmişik. 2019-cu ildə bu rəqəmin artacağını gözləyirik. Azərbaycandan Rusiyaya meyvələrdən, əsasən, alma və xurma, tərəvəzlərdən isə pomidor göndərilir. Son illər ərəb və