Aran zonasında taxıl biçininə başlanılıb - FOTO

Aran zonasında taxıl biçininə başlanılıb - FOTO Taxıl biçini işləri Kürdəmir rayonunda da aparılır
ASK
4 İyun , 2015 06:54
Aran zonasında taxıl biçininə başlanılıb - FOTO

Баку. 4 iyun. REPORT.AZ/ Aran zonasında taxıl biçininə başlanılıb. 

"Report"un xəbərinə görə, taxıl biçini işləri Kürdəmir rayonunda aparılır. Üç gündir ki, sahələrdə qızğın işlər gedir. Ümumilikdə 40-a yaxın kombayn sahələrdə arpa biçir. 

Aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətli görülməsi, eləcə də havaların taxılçılıq üçün əlverişli keçməsi nəticəsində bu il zəmilərdə məhsul boldur. İndi əsas məsələ taxılın vaxtında və itkisiz yığılmasıdır. Buna isə ən çox sevinəndə fermerlərdi.

Bu il Kürdəmir rayonunda ümumilikdə 38 min hektar sahədə taxıl əkilib ki, bunun da 14 min hektarını buğda, 24 min hektarda arpa təşkil edir. Biçinin vaxtında və itkisiz başa çatdırılması üçün yerlərdə operativ qərargahlar yaradılıb, bütün zəruri işlər görülüb. 

Hazirda 500 hektara yaxın sahədə arpa biçilib. Təxminən 15 günə buğda biçininə də start veriləcək.

Son xəbərlər

Orphus sistemi