“Aqroservis” qiymətləndirici seçir

“Aqroservis” qiymətləndirici seçir Kənd Təsərüffatı Nazirliyinə məxsus “Aqroservis” ASC (keçmiş "Aqrolizinq") əmlakının və mal-material ehtiyatlarının qiymətləndirilməsi üçün açıq tender elan edib.
ASK
194
24 Sentyabr , 2020 09:26
“Aqroservis” qiymətləndirici seçir

Kənd Təsərüffatı Nazirliyinə məxsus “Aqroservis” ASC (keçmiş "Aqrolizinq") əmlakının və mal-material ehtiyatlarının qiymətləndirilməsi üçün açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 250 manatdır.

İddiaçılar ilkin sənədləri oktyabrın 14-ü, saat 11:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə oktyabrın 22-i, saat 18:00-a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim edə bilərlər. Əlaqələndirici şəxs Suqra Mahmudovadır.

Tenderin nəticəsi oktyabrın 23-də, saat 11:00-da portalda açıqlanacaq. 

Son xəbərlər

Orphus sistemi