“Aqroservis” gübrənin satış qiymətini ucuzlaşdırdı

“Aqroservis” gübrənin satış qiymətini ucuzlaşdırdı “Aqroservis” ASC fermerlərin gübrəyə olan tələbatını və əlçatanlığını təmin etmək məqsədilə, ammofos gübrəsinin qiymətində endirim edib
ASK
344
26 Sentyabr , 2020 10:51
“Aqroservis” gübrənin satış qiymətini ucuzlaşdırdı

Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti fermerlərin gübrəyə olan tələbatını və əlçatanlığını təmin etmək məqsədilə, ammofos gübrəsinin qiymətində endirim edib.

 Bu barədə "Report" Nazirliyə istinadən xəbər verir. 

“Aqroservis” ASC tərəfindən satılan ammofos gübrəsinin 1 tonunun qiyməti 1 000 manatdan 933,33 manata, “Fermer kartı”ndan çıxarılan məbləğ (70%) 1 kisənin qiymətinə görə 35 manatdan 32,67 manata, fermerin öz vəsaiti hesabına ödədiyi 30% məbləğ isə 15 manatdan 14 manata endirilib.

Yeni subsidiya qaydalarına əsasən, gübrə alışında 70% güzəşt fermerin “Fermer kartı”nda olan subsidiya məbləğindən, 30% dəyər isə fermerin şəxsi vəsaiti hesabına, pestisidlər üçün isə tam dəyər isə “Fermer kartı”nda olan subsidiya məbləğindən ödənilir.

Hazırda Cəmiyyət tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsümi mineral gübrələrin (ammofos, kükürdlü ammofos, ammonium-nitrat, ammonium-sulfat, kalium-sulfat, karbamid və nitroammofoska) güzəştli şərtlərlə səyyar satışı həyata keçirilir. Səyyar satışın təşkilində məqsəd fermer və sahibkarların məsafə və əlavə məsrəf itkisinə yol verməməsidir. “Aqroservis” ASC əməkdaşları bir çox hallarda satılan gübrələrin evlərə pulsuz çatdırılmasını təmin edirlər. 

Səyyar satış zamanı vətəndaşlar yeni subsidiya qaydalarına əsasən heç bir əlavə sənəd təqdim etmədən, yalnız “Fermer kartı” və şəxsiyyət vəsiqəsi təqdim etməklə mineral gübrə əldə edə bilirlər.

Son xəbərlər

Orphus sistemi