“Aqrolizinq” taxta altlıqların alınması üçün tender keçirir

“Aqrolizinq” taxta altlıqların alınması üçün tender keçirir Tenderdə iştirak haqqı 300 manatdır
ASK
22 Fevral , 2017 09:27
“Aqrolizinq” taxta altlıqların alınması üçün tender keçirir

Bakı. 22 fevral. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC 10 min ədəd taxta altlıq alınmasına dair açıq tender elan edib.

“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Məlumata görə, tenderdə iştirak haqqı 300 manatdır. İddiaçılar ilkin sənədləri aprelin 3-nə qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə aprelin 12-nə qədər Cəmiyyətin yerləşdiyi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bünyadov küçəsi, 12 ünvanına təqdim etməlidirlər.

Təkliflərə aprelin 13-ü, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq. Qiymətləndirmə zamanı aşağı qiymət, müqavilənin yerinə yetirilməsi müddəti, tələb olunan şərtlərə uyğunluq kimi meyarlara üstünlük veriləcək. İddiaçıların səlahiyyətli nümayəndələri tender prosedurunda iştirak edə bilərlər. 

Son xəbərlər

Orphus sistemi