"Aqrolizinq"dən sertifikat ala bilməyən mexanizatorlar pambıq yığımında iştirak edə bilməyəcəklər

"Aqrolizinq"dən sertifikat ala bilməyən mexanizatorlar pambıq yığımında iştirak edə bilməyəcəklər Bakı. 18 iyul. REPORT.AZ/ İyulun 23-də Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrolizinq ASC-nin Yevlax regional nümyəndəliyindəki təlim-tədris mərkəzində mexanizatorlar üçün təlim keçiriləcək.
ASK
18 İyul , 2018 10:19
Aqrolizinqdən sertifikat ala bilməyən mexanizatorlar pambıq yığımında iştirak edə bilməyəcəklər
0 : 00
0 : 00

Bakı. 18 iyul. REPORT.AZ/ İyulun 23-də Kənd Təsərrüfatı Nazirliyi yanında "Aqrolizinq" ASC-nin Yevlax regional nümyəndəliyindəki təlim-tədris mərkəzində mexanizatorlar üçün təlim keçiriləcək. 

"Report" nazirliyə istinadən xəbər verir ki, təlimlərdə məqsəd cari ildə pambıq yığımının vaxtında və tam itkisiz həyata keçirilməsidir. 

Təlimlərə 19 rayon üzrə 230 mexanizator cəlb olunacaq. Bir ay davam edəcək təlimlərdə mexanizatorlara pambıqyığan texnikalardan səmərəli istifadə, texniki qulluğun aparılması, əməyin mühafizəsi və digər sahələr üzrə məlumat veriləcək. 

Təlimləri uğurla başa vuran mexanizatorlar sertifikatla təltif olunacaqlar. Hər hansı bir səbəbdən sertifikat əldə edə bilməyən mexanizatorlar pambıq yığımında iştirak edə bilməyəcəklər.

Son xəbərlər

Orphus sistemi