“Aqrolizinq” damcılı suvarma sistemləri alır

“Aqrolizinq” damcılı suvarma sistemləri alır Bakı. 7 noyabr. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC alma, nar və qoz bağları (3 lot) üçün damcılı suvarma sistemi avadanlığının satın alınması ilə bağlı açıq tender elan edib.
ASK
7 Noyabr , 2018 10:20
“Aqrolizinq” damcılı suvarma sistemləri alır

Bakı. 7 noyabr. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC alma, nar və qoz bağları (3 lot) üçün damcılı suvarma sistemi avadanlığının satın alınması ilə bağlı açıq tender elan edib. 

"Report" xəbər verir ki, tenderdə iştirak haqqı hər lot üzrə 2 min manatdır. 

İddiaçılar ilkin sənədləri dekabrın 10-na qədər, tender təklifi və onun dəyərinin 3%-i qədər bank təminatını isə dekabrın 18-nə qədər səhmdar cəmiyyətinin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsi, 12 ünvanında yerləşən baş ofisinə təqdim etməlidirlər. Əlaqələndirici şəxs Tural Məmmədovdur. Tel.: (012) 425-62-18, (050) 234-58-60;

Təkliflərə dekabrın 19-da, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq. Qiymətləndirmə zamanı aşağı qiymət, müqavilənin yerinə yetirilmə müddəti və müəyyən edilmiş tələblərə uyğunluq nəzərə alınacaq. İddiaçıların səlahiyyətli nümayəndələri tender prosedurunda iştirak edə bilərlər. 

Son xəbərlər

Orphus sistemi