“Aqrolizinq” ASC-nin rəhbərliyi Şəmkirdə kəndli və fermerlərlə görüş keçirib

“Aqrolizinq” ASC-nin rəhbərliyi Şəmkirdə kəndli və fermerlərlə görüş keçirib ASC-nin “Regionlarda maarifləndirmə və sorğu” layihəsinə start verilib
ASK
4 Avqust , 2018 16:25
“Aqrolizinq” ASC-nin rəhbərliyi Şəmkirdə kəndli və fermerlərlə görüş keçirib
Report

Şəmkir. 4 iyul. REPORT.AZ/ “Aqrolizinq” ASC tərəfindən göstərilən xidmətlər və lizinq qaydalarına dair vətəndaşların maarifləndirilməsi, həmçinin mövcud problemlərin dinlənilməsi və yerindəcə həll edilməsi məqsədilə, “Regionlarda maarifləndirmə və sorğu” layihəsinə start verilib. 

“Report”un Qərb bürosunun verdiyi məlumata görə, layihə əsasında “Aqrolizinq” ASC-nin bir qrup rəhbər işçisi Şəmkir rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında, Şəmkir, Ağstafa, Qazax, Tovuz, Daşkəsən, Göygöl, Samux və Gədəbəy rayonlarının sakinləri ilə görüş keçirib. Görüşdə “Aqrolizinq” ASC-in göstərdiyi xidmətlər və lizinq qaydaları ilə bağlı vətəndaşların maarifləndirilməsi, mövcud problemlərin dinlənilməsi və onların həll edilməsi məsələləri müzakirə edilib.

Lizinq qaydaları və tətbiq edilən güzəştlər, o cümlədən innovativ yeniliklər barədə vətəndaşlar maarifləndirilib, tətbiq edilən elektron xidmətlər barədə ətraflı məlumat verilib. Daha sonra görüşə gələn kəndli və fermerlər mövcud problemlərini bildiriblər. Problemlərin həlli və təkliflərinə dair diskussiya edilib.

Görüşün sonunda vətəndaşlara güzəşt müqavilələri təqdim edilib.

Son xəbərlər

Orphus sistemi