Yuxarı
    Bağlamaq

    "Aqrolizinq" açıq tenderlər elan edib

    Tenderlər 3 lot üzrə keçirilir

    Bakı. 28 sentyabr. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında "Aqrolizinq" ASC daşınmaz əmlakının və mineral gübrələrin sığortalanması, eləcə də 10 min ədəd altlıqların alınması üçün açıq tenderlər elan edib. 

    "Report" xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib. 

    Üç lot üzrə keçirilən tenderlərin hər biri üzrə iştirak haqqı 300 manatdır. Tenderdə iştirak etmək üçün bütün zəruri sənədlər oktyabrın 24-də qədər, tender təklifi və bank təminatı isə noyabrın 2-si, saat 17:00-a qədər Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Bünyadov küçəsi, 12 ünvanına təqdim edilməlidir. 

    Tender təkliflərinə noyabrın 3-də, saat 15:00-da adı çəkilən ünvanda baxılacaq. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi