Aqrar İnkişaf Könüllülərinin həyata keçirdiyi "Aqrodata" layihəsi başa çatıb

Aqrar İnkişaf Könüllülərinin həyata keçirdiyi "Aqrodata" layihəsi başa çatıb Elektron Hökumətin İnkişafı Mərkəzində Aqrar İnkişaf Könüllülərinin həyata keçirdiyi və 30 gəncin cəlb olunduğu “Aqrodata” layihəsinin rəsmi bağlanış mərasimi keçirilib.
ASK
21 May , 2019 17:59
Aqrar İnkişaf Könüllülərinin həyata keçirdiyi Aqrodata layihəsi başa çatıb

Elektron Hökumətin İnkişafı Mərkəzində Aqrar İnkişaf Könüllülərinin həyata keçirdiyi və 30 gəncin cəlb olunduğu “Aqrodata” layihəsinin rəsmi bağlanış mərasimi keçirilib. 

"Report" Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, mərasimdə layihə çərçivəsində görülən işlər barədə geniş məlumat verilib, “Aqrodata”nın nəticələri qiymətləndirilib. 

Nazirliyin İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri Elvin Paşayev, Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə, Elektron Hökumətin İnkişafı Mərkəzinin rəhbəri Fariz Cəfərov layihənin əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar diləyiblər.

“Aqrodata” Azərbaycanın kənd təsərrüfatında data analitika və onun analiz nəticələrindən bəhs edən ilk layihədir. Layihə müddətində gənclərə data analitika bacarıqlarını inkişaf etdirmək, toplanmış məlumatların əhəmiyyəti və onlardan istifadə imkanları barədə 20 müxtəlif təlim keçirilib. Təlimlər peşəkar təlimçilər və aqrar mütəxəssislər tərəfindən aparılıb.

Layihənin məqsədi kənd təsərrüfatında innovasiyanın təbliği, gənclərin aqrar sektora marağının yüksəlməsinə dəstək verməkdir. İki mərhələdən ibarət layihənin ilk mərhələsində seçilmiş 30 iştirakçıya müasir dövrlə ayaqlaşan aktual biliklər aşılanıb. Növbəti mərhələ Lənkəranda baş tutub. İştirakçılar təlimlər zamanı əldə etdikləri nəzəri məlumatların təcrübədə tətbiqi ilə tanış olub, müxtəlif təsərrüfat sahələrinə ekskursiya ediblər. İştırakçıların dünyagörüşünü artırmaq, aqrar sahə ilə daha yaxından tanış olmaq, aqrar bilikləri modernləşdirmək məqsədilə ekskursiyalar zamanı geniş izahlı seminarlar təşkil edilib. Sonda iştirakçılar komandalara bölünərək onlara tapşırılan mövzular üzrə təqdimatlar hazırlayıblar.

Son xəbərlər

Orphus sistemi