Kənd Təsərrüfatı Nazirliyinin Təchizat Bazası adını və təşkilati-hüquqi formasını dəyişdiyini elan edib.
“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Məlumata görə, təşkilat bundan sonra nazirlik yanında Aqrar Xidmətlər Agentliyinin tabeliyində "Təchizat Bazası" MMC kimi fəaliyyət göstərəcək.