Aqrar Xidmətlər Agentliyinin mətbuat katibi işdən çıxıb

Aqrar Xidmətlər Agentliyinin mətbuat katibi işdən çıxıb Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin mətbuat katibi Rövşən Vəziroğlu işdən çıxıb.
ASK
150
21 İyun , 2019 13:37
Aqrar Xidmətlər Agentliyinin mətbuat katibi işdən çıxıb

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin mətbuat katibi Rövşən Vəziroğlu işdən çıxıb.

“Report” xəbər verir ki, bunu R.Vəziroğlu özü bildirib. 

Onun sözlərinə görə, bu vəzifədə 3 il yarım çalışıb. 

Hazırda Aqrar Xidmətlər Agentliyinin mətbuat katibi vəzifəsini uzun illər Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi olmuş Murtuzəli Hacıyev icra edir.

Qeyd edək ki, bu ilin yanvarın 14-də Kənd Təsərrüfatı Nazirliyi yanında olan Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi yaradılıb.

Son xəbərlər

Orphus sistemi