Aqrar Xidmətlər Agentliyi toxum istehsalçılarına müraciət edib

Aqrar Xidmətlər Agentliyi toxum istehsalçılarına müraciət edib Toxum satışı barədə məlumatlar vaxtında bəyan edilməlidir
ASK
2 Dekabr , 2021 16:20
Aqrar Xidmətlər Agentliyi toxum istehsalçılarına müraciət edib

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində toxum istehsalçıları ilə onlayn görüş keçirilib.

“Report”un nazirliyə istinadən verdiyi məlumata görə, görüşdə Agentliyin sədri Mirzə Əliyev, nazirlik yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev, Aqrar Tədqiqatlar Mərkəzinin, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin nümayəndələri və toxumçuluqla məşğul olan fermerlər iştirak edib.

Tədbirdə çıxış edən M. Əliyev bildirib ki, kənd təsərrüfatının strateji sahələrindən olan toxumçuluğun inkişaf etdirilməsi, məhsul istehsalçılarının sertifikatlı toxuma olan tələbatının yerli istehsal hesabına təmin olunması prioritet vəzifələrdəndir. Bol və keyfiyyətli məhsul istehsalının əsası sertifikatlı toxumdan başladığını deyən AXA sədri bu istiqamətdə zəruri tədbirlərin həyata keçirildiyini vurğulayıb.

Görüşdə toxumçu fermerlərin istehsal etdikləri toxumların sertifikatlaşdırılması, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatı və satılmış sertifikatlı toxumlar barədə məlumatların EKTİS-ə daxil edilməsi ilə bağlı məsələlər müzakirə olunub, toxumçuluğun inkişafı ilə baglı qarşıda duran vəzifələr və hədəflər ətrafında fikir mübadilsi aparılıb.

Müzakirələrdə subsidiyaların vaxtında verilməsi üçün satılmış toxumlar üzrə məlumatlarının EKTİS-ə daxil edilməsinin zəruriliyi vurğulanıb.

Müzakirələrin sonunda bu formada görüşlərin davam etdiriləcəyi bildirilib, qaldırılan məsələlərin operativ həlli üçün tapşırıqlar verilib.

Son xəbərlər

Orphus sistemi