Aqrar sığortanın əhatə edəcəyi fermerlərin sayı açıqlanıb

Aqrar sığortanın əhatə edəcəyi fermerlərin sayı açıqlanıb “Bu ilin iyun ayında heyvandarlıq məhsullarının, ilin sonunda isə bitkiçilik məhsullarının sığorta edilməsi prosesinə başlanılacaq. Aqrar sığortanın tətbiqi prosesində ilk olaraq elektron sistem hazır edilməlidir”.
ASK
14 Mart , 2020 11:34
Aqrar sığortanın əhatə edəcəyi fermerlərin sayı açıqlanıb
google

“Bu ilin iyun ayında heyvandarlıq məhsullarının, ilin sonunda isə bitkiçilik məhsullarının sığorta edilməsi prosesinə başlanılacaq. Aqrar sığortanın tətbiqi prosesində ilk olaraq elektron sistem hazır edilməlidir”.

Bunu “Report”a Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev deyib.

Onun sözlərinə görə, dünya təcrübəsində aqrar sığortanın ilk tətbiq edildiyi ildə əkin sahələrinin 2,3%-lik hissəsi sığortalanır: “Türkiyədə 20 ilə yaxındır ki, aqrar sığorta təcrübəsi var, lakin sığortalanma göstəricisi 10-15% təşkil edir. Azərbaycanda bu il ərzində əkin sahələrinin sığortalanmasında 5%-lik göstəriciyə çatsaq əla olar”.

M.Əliyev əlavə edib ki, heyvandarlıq sahəsində isə cins heyvanlar sığortalanacaq: “Düşünürəm ki, cins heyvan əldə edən fermerlərin sayı il ərzində 1 000 nəfər təşkil edir. Bitkiçilik üzrə isə 450 min fermer qeydiyyatdan keçibsə, biz ilk mərhələdə həmin fermerlərin 5%-lik hissəsini əhatə edə bilsək, bu zaman isə biz 25 min nəfərdən danışa bilərik”.  

Qeyd edək ki, 2019-cu ilin iyununda aqrar sığorta ilə bağlı qanun qəbul edilib. 2019-cu ilin avqustunda isə Prezident İlham Əliyevin Fərmanı ilə Aqrar Sığorta Fondu yaradılıb. 2020-ci il üçün Aqrar Sığorta Fonduna dövlət büdcəsindən 5 milyon manat ayrılıb.

Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən, bitkiçilik sahəsində ərzaq təhlükəsizliyinin gücləndirilməsi, ölkədə bitki yağları sənayesinin xammal təminatının idxal mənbələrindən asılılığının azaldılması, şəkər çuğunduru sahəsinin inkişafının dəstəklənməsi məqsədi ilə buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru sığortalanacaq. Bununla yanaşı, idxalın əvəzedilməsi və ixrac potensialının gücləndirilməsi məqsədi ilə portağal, limon, naringi, çay, tütün, çəltik, üzüm, fındıq, pambıq sığortalanacaq. Heyvandarlıq sahəsində 1 yaşdan 7 yaşadək südlük inəklər və camışlar sığorta ediləcək. Suda yetişdirilən məhsullar üzrə akvakulturanın inkişafını stimullaşdırmaq, balıq məhsulları ilə təminatda yerli istehsalın xüsusi çəkisini artırmaq üçün ilkin mərhələdə balıqların sığortası təmin ediləcək.

Son xəbərlər

Orphus sistemi