"AmCham"ın kənd təsərrüfatı ilə bağlı toplantısı təxirə salınıb

"AmCham"ın kənd təsərrüfatı ilə bağlı toplantısı təxirə salınıb Mənbə: "İstiqamətlər bəlli olandan sonra həm gündəlik tutulacaq, həm də böyük konfrans keçiriləcək"
ASK
4 May , 2016 13:49
AmChamın kənd təsərrüfatı ilə bağlı toplantısı təxirə salınıb

Bakı. 4 may. REPORT.AZ/ Amerika Ticarət Palatasının ("AmCham") Azərbaycanda kənd təsərrüfatının inkişafına marağın artması ilə əlaqədar bu sahədə islahatlara həsr olunmuş toplantısı təxirə salınıb. 

"Report" məlumatlı mənbələrə istinadən xəbər verir ki, məsələ ilə bağlı hələlik dövlətin mövqeyi tam aydın deyil.

"Biz konkret prioritetlərin nədən ibarət olacağını anlamadıq və qərara gəldik ki, bu mövzu ilə bağlı məsələ yenidən daha təfsilatlı şəkildə işlənilsin. Bunun nə vaxt baş tutacağı qeyri-müəyyən müddətədək təxirə salınıb. Lakin istiqamətlər bəlli olduqdan sonra həm gündəlik tutulacaq, həm də böyük konfrans keçiriləcək", - deyə mənbə əlavə edib.

Xatırladaq ki, ötən ay Bakıda kənd təsərrüfatı sektorundakı mövcud vəziyyət və bu sahənin dövlət subsidiyaları hesabına daha da inkişaf etdirilməsi üzrə açıq müzakirələrin aparılması planlaşdırılırdı.

Son xəbərlər

Orphus sistemi