​Almaniya Azərbaycanda damazlıq heyvanların satışını təşkil etmək istəyir

​Almaniya Azərbaycanda damazlıq heyvanların satışını təşkil etmək istəyir "Haller" şirkəti kənd təsərrüfatı naziri ilə görüşüb
ASK
28 İyul , 2015 10:40
​Almaniya Azərbaycanda damazlıq heyvanların satışını təşkil etmək istəyir

Bakı. 28 iyul. REPORT.AZ/ Kənd təsərrüfatı naziri Heydər Əsədov Almaniyanın "Haller" şirkətinin rəhbəri Kai Uve Haller ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşün məqsədi şirkət tərəfindən ölkəyə damazlıq heyvanların satışının təşkil edilməsi, heyvandarlıqda müasir tələblərə cavab verən yeni texnologiya və avadanlıqların təqdimatından ibarət olub.

H.Əsədov digər sahələrdə olduğu kimi, ölkədə Almaniya şirkətləri ilə heyvandarlıq sahəsində də əməkdaşlığa önəm verildiyini deyib. Şirkətin rəhbəri K.U.Haller təmsil etdiyi şirkətin tarixi və fəaliyyəti barədə məlumat verib, şirkətin damazlıq heyvanların satışı istiqamətində ixtisaslaşdığını nazirin diqqətinə çatdırıb. O, öz təqdimatında təmsil etdiyi şirkətin Avropanın ən müasir avadanlıqlarına malik olduğunu, damazlıq heyvanların xüsusi nəqliyyat vasitəsi ilə daşınması, cins heyvanların saxlanması və bəslənməsi ilə bağlı informasiya məsləhət xidmətinin göstərdiyini qeyd edib. Eləcə də şirkətin heyvandarlıq komplekslərinin tikintisi ilə bağlı layihələr həyata keçirdiyini vurğulayıb.

"Haller" şirkətinin icraçı direktoru Dirk Oliver Haller təqdimatında layihələrin maliyyələşdirilməsi, həmçinin südlük və ətlik istiqamətində damazlıq heyvanların keyfiyyət göstəriciləri, Avropanın müasir ferma və süd emalı müəssisələri barədə geniş məlumat verib.

Sonda şirkətin nümayəndələri ilə qarşılıqlı fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi