Yuxarı

​Aleksey Nemeryuk: "Azərbaycan Rusiyanı pomidor və xiyar ilə təmin edə bilib"

Azərbaycan, İran və Mərakeş məhsulları Rusiya bazarında türk mallarını əvəz edəcək

Bakı. 2 mart. REPORT.AZ/ Azərbaycan, İran və Mərakeş məhsulları Rusiya bazarında türk mallarını əvəz edəcək.

"Report" xəbər verir ki, bu barədə Moskvanın Ticarət və Xidmət Departamentinin rəhbəri Aleksey Nemeryuk "Qazete.ru"ya müsahibəsində bildirib.

"Mərakeş istehsalçıları üzərilərinə düşə biləcək həcmə hazır deyildilər, ona görə Yeni il qabağı naringinin qiyməti demək olar ki, iki dəfə qaldırıldı. Vəziyyətdən istifadə olundu", — deyə o əlavə edib.

Departament rəhbərinin sözlərinə görə, Azərbaycan bir sıra türk əyalətlərinin iqlim şəraitinə yaxın olması səbəbindən pomidor və xiyar tədarükünü təmin edə bildi, İrandan tədarükün isə daha intensiv rejimdə dəniz yolu ilə Mahaçqalaya edilməsi planlaşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi