Azərbaycanın Avropaya aqrar məhsullarının ixracında əsas problemlər açıqlanıb

Azərbaycanın Avropaya aqrar məhsullarının ixracında əsas problemlər açıqlanıb Pomidor, xurma, fındıq, alma, giləmeyvə, nar Azərbaycanın əsas ixrac edilən məhsullarıdır
ASK
6 Mart , 2021 18:19
Azərbaycanın Avropaya aqrar məhsullarının ixracında əsas problemlər açıqlanıb

"Azərbaycan aqrar məhsullarını əsas 10 ölkəyə ixrac edir. Siyahıda ilk sırada Rusiya qərarlaşıb. Digər aqrar məhsulların ixrac edildiyi ölkələr Türkiyə, İtaliya, Almaniya, Ukrayna, İran,Gürcüstan, Belarus, Qazaxıstan, Polşadır".

“Report” xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Leyla Məmmədova deyib.

L.Məmmədova əsas ixrac edilən 10 məhsulun adını açıqlayıb: “Pomidor, xurma, fındıq, alma, giləmeyvə, nar əsas ixrac edilən məhsullardır”.

O, bu istiqamətdə qeydə alınan problemə də diqqət çəkib: “Sertifikatlaşdırma məsələsi, aqrar məhsulların Avropa standartlarına uyğunlaşdırılması ixracda əsas maneə olaraq qalır”.

Xatırladaq ki, 2021-ci ilin yanvar ayı ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac 146 milyon ABŞ dolları təşkil edib. 2021-ci ilin yanvar - fevral aylarında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında xurma (16,7 milyon ABŞ dolları) birinci, pambıq mahlıcı (14,3 milyon ABŞ dolları) ikinci və qabığı təmizlənmiş meşə fındığı (10,2 milyon ABŞ dolları) üçüncü olub.

Son xəbərlər

Orphus sistemi