Aİ: “Azərbaycanın kənd təsərrüfatının inkişafında böyük potensialı var”

Aİ: “Azərbaycanın kənd təsərrüfatının inkişafında böyük potensialı var” “Azərbaycanın kənd təsərrüfatının inkişafında böyük potensialı var və Avropa İttifaqı (Aİ) bu məsələdə ölkəyə bundan sonra da dəstək verməyə hazırdır”.
ASK
31 Yanvar , 2023 11:48
Aİ: “Azərbaycanın kənd təsərrüfatının inkişafında böyük potensialı var”

“Azərbaycanın kənd təsərrüfatının inkişafında böyük potensialı var və Avropa İttifaqı (Aİ) bu məsələdə ölkəyə bundan sonra da dəstək verməyə hazırdır”.

“Report” xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı Ofisinin nümayəndəsi Viktor Boşkov Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi "Aqrar Məsləhət Xidmətlərinin Gücləndirilməsi" layihəsi çərçivəsində Milli Forumda çıxışı zamanı deyib..

Onun sözlərinə görə, Aİ hər zaman innovasiyaların, dayanıqlığın, fermerlərin dəstəklənməsinin tərəfdarıdır: “Məqsədimiz FAO və Aİ-nin ən yaxşı təcrübəsini Azərbaycanla bölüşməkdir. Bazar araşdırmalarımızda bir çox məsələlərə, o cümlədən kənd təsərrüfatında gender aspektlərinə üstünlük veririk. Layihələrimizlə qürur duyuruq, lazımi təlimlər və tvinninq layihələri həyata keçiririk”.

Son xəbərlər

Orphus sistemi