Ağdam Rayon Kənd Təsərrufatı İdarəsinə yeni rəis təyin edilib

Ağdam Rayon Kənd Təsərrufatı İdarəsinə yeni rəis təyin edilib Ağdam. 30 noyabr. REPORT.AZ/ Ağdam Rayon Kənd Təsərrufatı İdarəsinə yeni rəis təyinatı olub.
ASK
30 Noyabr , 2017 21:57
Ağdam Rayon Kənd Təsərrufatı İdarəsinə yeni rəis təyin edilib

Ağdam. 30 noyabr. REPORT.AZ/ Ağdam Rayon Kənd Təsərrufatı İdarəsinə yeni rəis təyinatı olub.

"Report"un yerli bürosu xəbər verir ki, kənd təsərrufatı naziri Heydər Əsədovun müvafiq əmri ilə Nəcəfov Teyyub İbrahim oğlu Ağdam rayon Kənd Təsərrufatı İdarəsinə yeni rəis təyin olunub.

İdarə rəisi bu gün rayon ictimaiyyətinə təqdim edilib.

Qeyd edək ki, rayonun Kənd Təsərrufatı İdarəsinin rəisi Allahverən Əliyev bir müddət əvvəl öz ərizəsi ilə işdən kənarlaşdırılaraq rayonun icra hakimiyyəti başcısının birinci müavini təyin edilib.

Son xəbərlər

Orphus sistemi