ADAU və Bolqarıstanın Plovdiv Aqrar Universiteti birgə elmi-tədqiqat işləri aparacaq

ADAU və Bolqarıstanın Plovdiv Aqrar Universiteti birgə elmi-tədqiqat işləri aparacaq Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru İbrahim Cəfərov Bolqarıstanda işgüzar səfərdədir.
ASK
25 Aprel , 2019 10:38
ADAU və Bolqarıstanın Plovdiv Aqrar Universiteti birgə elmi-tədqiqat işləri aparacaq
0 : 00
0 : 00

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru İbrahim Cəfərov Bolqarıstanda işgüzar səfərdədir.

Kənd Təsərrüfatı Nazirliyindən “Report”a verilən məlumata görə, səfər çərçivəsində rektor Plovdiv Aqrar Univversitetində müxtəlif tədbirlərdə iştirak edib, universitetlərarası əməkdaşlıq əlaqələrinin inkişafına dair müzakirələr aparıb, təhsil müəssisəsində elmi-tədqiqat işləri, təcrübə sahələri, biotexnologiya, bitki fiziologiyası laboratoriyaları ilə tanış olub.

Aparılan müzakirələrdə təhsil prosesi ilə yanaşı birgə elmi-tədqiqat işlərinin yerinə yetirilməsi barədə razılığa gəlinib.

Son xəbərlər

Orphus sistemi