ABŞ şirkətləri Azərbaycanın aqrar sektoruna investisiya qoymağa çağırılıb

ABŞ şirkətləri Azərbaycanın aqrar sektoruna investisiya qoymağa çağırılıb ABŞ-da Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçirilib.
ASK
12 Noyabr , 2019 14:30
ABŞ şirkətləri Azərbaycanın aqrar sektoruna investisiya qoymağa çağırılıb

ABŞ-da Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçirilib. 

Kənd Təsərrüfatı Nazirliyindən “Report”a bildirilib ki, forumda nazir İnam Kərimovun rəhbərliyi ilə kənd təsərrüfatı şirkətlərinin və aqrar tədqiqat qurumlarının daxil olduğu geniş tərkibli nümayəndə heyəti, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi və Birləşmiş Ştatların aparıcı kənd təsərrüfatı şirkətləri, beynəlxalq maliyyə institutları və müvafiq akademik dairələrin təmsilçiləri iştirak ediblər.

Tədbir çərçivəsində İ.Kərimov Oklahoma ştatının qubernatoru Kevin Stittlə görüşüb. Görüşdə kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanları geniş müzakirə olunub.

Nazir kənd təsərrüfatı sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb. Qeyd olunub ki, Azərbaycanda həyata keçirilən aqrar islahatlar, kənd təsərrüfatı fəaliyyətinin vergidən azad edilməsi, kənd təsərrüfatı texnikası və damazlıq heyvan satışı bazarının liberallaşdırılması xarici şirkətlər, o cümlədən Oklahoma ştatının aqrar sahədə ixtisaslaşmış şirkətləri üçün geniş investisiya imkanları yaradır.

Oklahoma ştatının qubernatoru Kevin Stitt, öz növbəsində, Azərbaycan ilə Oklahoma ştatı arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu qeyd edib. Qubernator iki ölkə arasında kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən şirkətlərin və akademik qurumların uğurla əməkdaşlıq edəcəyinə ümidvar olduğunu deyib.

Son xəbərlər

Orphus sistemi