Yuxarı

ABŞ-ın Texas ştatında məktəbli avtobusu aşıb

Hadisə zamanı 12 nəfər xəsarət alıb

Bakı. 24 sentyabr. REPORT.AZ/ ABŞ-ın Texas ştatında məktəbli avtobusu aşıb.

"Report" xəbər verir ki, bu barədə "ABC" telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində 12 nəfər xəsarət alıb. Qəza zamanı avtobusda 50-ə yaxın sərnişin olub.

Telekanalın xəbərində bildirilir ki, avtobusun sürücüsü qarşıdan gələn digər nəqliyyat vasitəsi ilə toqquşmamaq üçün qəfil manevr edib. Nəticədə avtobus aşıb.

Yaralılar xəstəxanalara yerləşdirilib. Polis əməkdaşları hadisə yerində təhqiqat aparır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi