Yuxarı

ABŞ-ın qida şirkəti Azərbaycanda ofis açıb

Interra Trade kənd təsərrüfatı məhsullarının ixracı sahəsində fəaliyyət göstərir

Bakı. 10 fevral. REPORT.AZ/ Bakıda Amerikanın qida sənayesində fəaliyyət göstərən "Interra Trade Ltd." şirkətinin nümayəndəliyi açılıb.

"Report" Vergilər Nazirliyinə istinadən xəbər verir ki, şirkətin qeydiyyatdan keçdiyi ünvan Sabunçu rayonu, Ləhiş bağları massividir.

"Interra Trade" kənd təsərrüfatı, xüsusən, toyuq, hindquşu, dəniz və süd məhsulları, donuz və mal əti  kimi qida məhsullarının ixracı və paylanması üzrə ixtisaslaşıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi