ABŞ-ın DİTRA təşkilatı baytarlara təlim keçir - FOTO

ABŞ-ın DİTRA təşkilatı baytarlara təlim keçir - FOTO Təlimlər 4 gün davam edəcək
ASK
17 Noyabr , 2015 19:07
ABŞ-ın DİTRA təşkilatı baytarlara təlim keçir - FOTO

Bakı. 17 noyabr. REPORT.AZ/ Bu gün Bakı Şəhər Baytarlıq İdarəsində ABŞ-ın DİTRA təşkilatı tərəfindən həyata keçirilən Təhlükənin Azaldılması Proqramı çərçivəsində Yoluxucu Xəstəliklərə Elektron Nəzarət Sistemi (EİDSS-6) üzrə təlimlərə start verilib. Aparılan təlimlərə Bakı şəhərində fəaliyyət göstərən sahə baytarlıq məntəqələrinin həkimləri cəlb ediliblər.

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibliyindən "Report"a verilən xəbərə görə, təlimlərin əsas məqsədi EİDSS-6 sistemi vasitəsilə hesabatların vaxtında verilməsi, real vaxt çərçivəsində baş verən xəstəliklər və xəstəliklər haqqında məlumatların sistemə daxil edilməsidir.

Sistem vasitəsi ilə heyvan və insanlar arasında xəstəliyin baş verməsinə nəzarət etmək, müşahidə, monitorinqlər aparmaq və profilaktik tədbirləri həyata keçirməklə epizootik sabitliyi qorumaqdır. Bu sistem heyvan xəstəlikləri üzrə məlumatların toplanması, təhlili və gələcəkdə xəstəliklərin qarşısını almaq üçün tədbirlərin görülməsinə kömək edəcək. Sahə baytarlıq məntəqələrinin gördükləri bütün işlər bu sistemə yerləşdirilir və rəhbər təşkilata hesabat vermədən də onu sistemdə görmək, ərazinin epizootoloji vəziyyəti və xəstəliklər barədə məlumat əldə etmək, eləcə də heyvanlar və quşlar arasında aktiv və passiv müşahidə sistemi, monitorinqlərin keçirilməsi və ərazinin epizootoloji sabitliyinin qorunması üçün təxirəsalınmaz, baytarlıq-sanitariya tədbirlərinin həyata keçirilməsi mümkündür.

Təlimlər 4 gün davam edəcək.

Son xəbərlər

Orphus sistemi