ABŞ-da 1-ci İllinoys-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçiriləcək

ABŞ-da 1-ci İllinoys-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçiriləcək Bakı. 6 fevral. REPORT.AZ/ ABŞ-Azərbaycan Ticarət Palatası (USACC) və İllinoys Ticarət Palatasının birgə təşkilatçılığı ilə bu il aprelın 4-5-də ABŞ-ın aparıcı maliyyə və ticarət mərkəzlərindən olan Çikaqo şəhərində 1-ci İllinoys-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçiriləcək.
ASK
6 Fevral , 2019 12:13
ABŞ-da 1-ci İllinoys-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçiriləcək
0 : 00
0 : 00

Bakı. 6 fevral. REPORT.AZ/ ABŞ-Azərbaycan Ticarət Palatası (USACC) və İllinoys Ticarət Palatasının birgə təşkilatçılığı ilə bu il aprelın 4-5-də ABŞ-ın aparıcı maliyyə və ticarət mərkəzlərindən olan Çikaqo şəhərində 1-ci İllinoys-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçiriləcək.

“Report”a daxil olan məlumata görə, forumun məqsədi həm Azərbaycanda, həm də ABŞ-ın nəhəng kənd təsərrüfatı ştatlarından olan İllinoys ştatında fəaliyyət göstərən kənd təsərrüfatı bizneslərini bir araya gətirməklə tərəflər arasında aqrar sahədə əməkdaşlığın yaradılması, məhsuldarlığın artırılması ilə bağlı ABŞ istehsalı olan texnologiyalarla, eləcə də kənd təsərrüfatının müxtəlif sahələrində tətbiq olunan yeni metodlarla tanışlıqdır.

Tədbir çərçivəsində Azərbaycanda kənd təsərrüfatı sahəsində çalışan şirkətlərdən ibarət İllinoys ştatına ticarət missiyasının təşkili nəzərdə tutulur. Bütün maraqlı fiziki və hüquqi şəxslər https://www.agroforum.us/ saytında forumun proqramı ilə tanış ola bilər və qeydiyyatdan keçməklə ticarət missiyasına qoşula bilərlər.

İki günlük proqram çərçivəsində Azərbaycan şirkətlərinin İllinoys ştatının aparıcı istehsal müəssisələri, ferma və tədqiqat mərkəzlərinə, eləcə də gübrə və protein istehsalı sahələrinə səfərlərinin təşkili nəzərdə tutulur.

Forum Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycanın ABŞ-dakı Səfirliyi, ABŞ-ın Azərbaycandakı Səfirliyi, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID), İllinoys ştatının Kənd Təsərrüfatı Departamenti, Azərbaycanda Amerika Ticarət Palatası (AmCham), Avropa Yenidənqurma və İnkişaf Bankı, CNFA, GlobalChamber, JohnDeere və Dentons şirkətlərinin tərəfdaşlığı ilə təşkil olunur.

1-ci İllinoys-Azərbaycan Kənd Təsərrüfatı Forumu ABŞ-Azərbaycan Ticarət Palatasının Azərbaycanın ABŞ ştatları ilə biznes və ticarət əlaqələrinin genişləndirilməsi proqramı çərçivəsində təşkil edilir.

Qeyd edək ki, İllinoys ştatı ABŞ-ın aparıcı 10 kənd təsərrüfatı ştatları sırasındadır. Ştatın torpaq ərazisinin 75%-ni əkin sahələri təşkil edir. Ştatın yalnız kənd təsərrüfatı məhsullarının satışından illik gəliri 19 mlrd. dollar məbləğindədir. 

Son xəbərlər

Orphus sistemi