İmişlidə innovasiyalar hesabına yeni buğda sortları əkilib - VİDEO

İmişlidə innovasiyalar hesabına yeni buğda sortları əkilib - VİDEO İmişli rayonunda taxıl biçininə start verilib. Biçin işləri üçün zəmilərə cəlb olunan 40 kombayn vasitəsilə 4 gün ərzində 4 min ton məhsul tədarük edilib.
ASK
360
4 İyun , 2020 16:05
İmişlidə innovasiyalar hesabına yeni buğda sortları əkilib  - VİDEO

"İmişli rayonunda taxıl biçininə start verilib. Biçin işləri üçün zəmilərə cəlb olunan 40 kombayn vasitəsilə 4 gün ərzində 4 min ton məhsul tədarük edilib".

Bu barədə “Report”un Mil-Muğan bürosuna məlumat verən İmişli rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Səlim Məhərrəmov  bildirib ki, ilkin mərhələdə arpa sahələri biçilir:

"İmişli rayonu üzrə 7 062 hektar sahədə arpa, 10 089 hektarını isə buğda olmaqla 17 151 hektar taxıl əkilib. Arpa sahələri tam biçildikdən sonra buğda məhsulunun tədarükünə start veriləcək. Rayon üzrə 1 350 hektar sahədə biçin işləri yerinə yetirilib. Hər hektara 29,2 sentner məhsuldarlıq olmaqla 4 min tona yaxın arpa tədarük edilib. Hazırda sahələrdə biçin işləri davam edir və havaların əlverişli olmasından istifadə edərək biçin işlərinin optimal müddətdə başa çatdırılması planlaşdırılır".

İmişli rayon İnnovasiya filialının aqronomu Surxay Məmmədov isə "Report"un yerli bürosuna bildirib ki, təkcə İnnovasiya ərazisində 760 hektar taxıl becərilib:

"Zəmilərin 150 hektarını arpa, 610 hektarını isə buğda təşkil edir. Sahələrə vaxtında göstərilən aqrotexniki qulluq sayəsində məhsudarlıq da yüksəkdir. Bu il finola sortu olan arpa əkilib, hər hektardan 55 sentner məhsul biçilir. Bugünə kimi 50 hektardan 250 ton məhsul yığılıb. Yaxın günlərdə arpa biçini başa çatdıqdan sonra buğda sahələrində iş başlayacaq. İnnovasiyalar hesabına bu il buqra, qrom və viktoriya buğda sortları əkilib, hər hektardan 60 sentner məhsul tədarük edilməsi planlaşdırılıb".

Fermerlər də bu il məhsulun bol olduğunu söyləyir. Rayonun Yalavac kənd sakini Əli Zeynalov da ötən illə müqayisədə əkin sahəsini 1 hektar artıraraq 2,5 hektar sahədə taxıl becərib: 

"Hazırda hər hektardan 32 sentner olmaqla məhsul yığılıb. Kombaynların yeni olması və vaxtında verilən subsidiyalar səbəbi ilə fermerlərdə taxıl əkininə olan maraq ildən-ilə artır".

Qeyd edək ki, zəmilərdən taxıl biçininin vaxtında və itkisiz başa çatdırılması üçün rayon üzrə qərargah yaradılıb.

Son xəbərlər

Orphus sistemi