Azərbaycanda ötən il 20 minə yaxın arıçıya 4 milyon manatdan çox subsidiya ödənilib

Azərbaycanda ötən il 20 minə yaxın arıçıya 4 milyon manatdan çox subsidiya ödənilib “2019-cu ildə Azərbaycanda 19 807 arıçıya 426 533 ədəd arı ailəsinə görə 4,3 milyon subsidiya ödənilib. 2020-ci ildə bu rəqəmlərin artacağı gözlənilir”.
ASK
27 Yanvar , 2020 15:11
Azərbaycanda ötən il 20 minə yaxın arıçıya 4 milyon manatdan çox subsidiya ödənilib

“2019-cu ildə Azərbaycanda 19 807 arıçıya 426 533 ədəd arı ailəsinə görə 4,3 milyon subsidiya ödənilib. 2020-ci ildə bu rəqəmlərin artacağı gözlənilir”.

Bunu "Report"a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Esmira Lətifova deyib.

Bundan başqa, onun sözlərinə görə, ötən il ölkədə əvvəlki illə müqayisədə 64% çox - 5 min ton bal istehsal edilib: "Bu həcm daxili tələbatı ödəməyə imkan verir və artıq ixrac istiqamətində çalışmaq, arıçılıq məhsullarını vahid ad altında ixrac etmək kimi qarşımıza məqsəd qoyur. Bununla yanaşı, ölkədə fəaliyyət göstərən müəssisələr arasında bal ixrac edənlər var". 

Son xəbərlər

Orphus sistemi