AKİA: Suvarma sistemlərinin bərpası nəticəsində 124 kənddə 27 minə yaxın təsərrüfatın su ilə təminatı yaxşılaşacaq

AKİA: Suvarma sistemlərinin bərpası nəticəsində 124 kənddə 27 minə yaxın təsərrüfatın su ilə təminatı yaxşılaşacaq Bakı. 29 yanvar. REPORT.AZ/ Aqrar sahənin inkişafı üçün həyata keçirilən layihələrdə fermer təsərrüfatlarının su ilə təmini prioritetlərimizdəndir.
ASK
29 Yanvar , 2019 17:11
AKİA: Suvarma sistemlərinin bərpası nəticəsində 124 kənddə 27 minə yaxın təsərrüfatın su ilə təminatı yaxşılaşacaq

Bakı. 29 yanvar. REPORT.AZ/ "Aqrar sahənin inkişafı üçün həyata keçirilən layihələrdə fermer təsərrüfatlarının su ilə təmini prioritetlərimizdəndir". 

"Report"un Kənd Təsərrüfatı Nazirliyinə istinadən verdiyi xəbərə görə, Yevlax rayonunda ictimaiyyətə aralıq hesabatında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Mirzə Əliyev belə deyib.

"Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin həyata keçirdiyi “Kənd Yerlərinin Kompleks İnkişafı Layihəsi”nin əsas komponentlərindən biri “Kənd İnfrastrukturunun İnkişafı və Sudan İstifadəedənlər Birliklərinə dəstək”dir. Bu komponent çərçivəsində Ağdaş rayonunda 35 min, Yevlax rayonunda 40 min hektaradək suvarılan ərazidə təmir-bərpa işlərinin aparılmasi nəzərdə tutub. Suvarma sistemlərinin bərpası nəticəsində 124 kənddə 27 minə yaxın təsərrüfatın su ilə təminatı yaxşılaşacaq. Bu günədək 71 kəndin ərazisində təmir-bərpa işəri aparılıb. Bu da nəzərdə tutulan işlərin 58%-ni əhatə edir. Layihəyə uyğun olaraq, 17 Sudan İstifadə edənlər Birliyi formalaşdırılıb. Onların ofis binalarının tikintisi üçün layihələndirmə dizayn işləri tamamlanıb”, - Mirzə Əliyev deyib.

Kənd Yerlərinin Kompleks İnkişafı Layihəsi 2011-ci ildən fəaliyyətə başlayıb. Layihəni Aqrar Kredit və İnkişaf Agentliyi Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond (İFAD) və İslam İnkişaf Bankı ilə birgə reallaşdırır. Layihənin əsas məqsədi Ağdaş, Yevlax, Şəki və Oğuz rayonlarında ərzaq təhlükəsizliyi və gəlirlərin artırılması imkanlarını təkmilləşdirməklə kənd əhalisinin rifahını yaxşılaşdırmaqdır.

Layihə 3 komponentdən – “Kənd İnfrastrukturunun İnkişafı və Sudan İstifadəedənlər Birliklərinə dəstək”, “Kənd təsərrüfatı məhsuldarlığı və rentabelliyin artırılması” və “Müəssisələrin İnkişafı üçün kənd maliyyə xidmətləri” komponentlərindən ibarətdir.

Layihə çərçivəsində kənd təsərrüfatı məhsuldarlığı və rentabelliyin artırılması istiqamətində bir sıra addımlar atılıb. 650-dək təsərrüfatda yeni sort məhsuldar bitkilərin toxumunun əkilməsi və digər fermerlər arasında yayılması məqsədilə fermerlər toxumla təmin edilib və onlara əkin texnologiyaları aşılanıb.

Bundan başqa, Layihə çərçivəsində eroziyaya uğrayan torpaqların bərpası üzrə işlər görülüb, Bank Olmayan Kredit Təşkilatları vasitəsilə 5 000 nəfərdən çox fermerə kiçik və orta müddətli kreditlər verilib. Kredit alanların 37%-ni qadınlar təşkil edir.

Son xəbərlər

Orphus sistemi