Yuxarı
    Bağlamaq

    Yunanıstan öz valyutasına qayıda bilər - ANALİTİKA

    Yunanıstan 10 gün içərisində maliyyə islahatları həyata keçirmək niyyətinin ciddi olduğunu isbat etməlidir

    Bakı. 21 mart. REPORT.AZ/ Avropa Birliyi (AB) ilə Yunanıstan arasında maliyyə islahatları səbəbi ilə davam edən problemlərin həll edilməməsi Yunanıstanın AB üzvlüyündən çıxması ehtimallarını gücləndirib.

    "Report"un analitik qrupu qeyd edir ki, son iki ayda Yunanıstan banklarından böyük kapital çıxışları Yunanıstanın milli valyutası - drahmaya qayıda biləcəyi fikirlərini ortaya atıb. Maliyyə islahatları həyata keçirmədiyi halda Yunan banklarından kapital çıxışlarının sürətlənəcəyi, nəticədə bankların kapital hərəkətlərinə məhdudiyyət qoyacağı bildirilir. Bununla da iqtisadiyyat çökəcək və Yunanıstan AB-dən ayrılmağa məcbur olacaq. Hal-hazırda Yunan banklarından həftədə 2 milyard Avro vəsait çıxarılır. Son iki ayda banklardan 21 milyard kapital ölkə xaricinə köçürülüb.

    Qeyd edək ki, Yunanıstandan əvvəl Portuqaliya və İrlandiyaya tətbiq edilən xilasetmə paketi proqramları müsbət nəticə verib və hər iki ölkənin iqtisadiyyatı artıma keçib. Yunanıstanın da artıq bir dəfə borcları silinib. Yunanıstan isə ikinci dəfə bunu tələb edir və Brüsseli bir sözlə AB-dən çıxmaqla şantaj edir.

    Reytinq agentlikləri Yunanıstanın AB-dən çıxma ssenarilərini öz raportlarına əlavə etməyə başlayıblar. Standart & Poors (S&P) agentliyi Yunanıstanı AB-dən çıxmasının digər üzv ölkələrə və AB-nin imicinə təsirinin az olacağını açıqlayıb.

    Beləliklə, Yunanıstan 10 gün içərisində maliyyə islahatları həyata keçirmək niyyətinin ciddi olduğunu isbat etməlidir. Əks halda AB-dən çıxma ehtimalı artır. Bu da heç şübhəsiz ki, AB valyutası - Avroya ciddi təsir edəcəkdir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi