Yuxarı
    Bağlamaq

    Yaxın günlərdə neftin qiyməti 60 dolları keçə bilər

    Neftin qiyməti indi 55 dollar/barel həddini keçib

    Bakı. 5 dekabr. REPORT.AZ/ Yaxın bir həftə ərzində dünya bazarında neftin qiyməti 60 dollar/barel həddini ötə bilər. 

    "Report"un analitik qrupu hesab edir ki, bu həftənin sonu, dekabrın 10-da OPEC və kartelə üzv olmayan ölkələr Vyanada növbəti iclasda toplaşacaq və bu dəfə təşkilata üzv olmayan ölkələrin neft hasilatının azaldılması barədə qərar qəbul edəcək. 

    Qeyd edək ki, sammitdə OPEC üzvü olmayan ölkələrin hasilatı gündəlik 591 min barel azaltması gözlənilir. Bu gözlənti neft qiymətlərinin ABŞ-da aktiv neft buruqlarının sayının ötən həftə də artmasına baxmayaraq, müsbət tendensiyanın davam etməsinə və bu gün 55 dollar/bareli ötməsinə səbəb olub. 

    Xatırladaq ki, "Brent" markalı neftin qiyməti bu il iyul ayının 24-də 55,60 dollar/barelə qədər yüksəlib. Analitik qrup neftin qiymətinin yaxın 3-6 ay ərzində 50 dollar/bareldən yuxarı satılacağını proqnozlaşdırır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi