Vüqar Bayramov: "Manatın kəskin devalvasiyası kommersiya banklarına mənfi təsir göstərəcək" - ŞƏRH

Vüqar Bayramov: "Manatın kəskin devalvasiyası kommersiya banklarına mənfi təsir göstərəcək" - ŞƏRH Ekspertin fikrincə, sosial və iqtisadi nöqteyi nəzərdən 0,9 manat/dollar məzənnəsi ən məqsədəuyğundur
Analitika
23 Fevral , 2015 15:48
Vüqar Bayramov: Manatın kəskin devalvasiyası kommersiya banklarına mənfi təsir göstərəcək - ŞƏRH

Bakı. 23 fevral. REPORT.AZ/ Manatın bu qədər kəskin devalvasiyası arzuolunmazdır və məqsədəuyğun deyil. Bu barədə "Report"a İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri (İSİM), iqtisadçı ekspert Vüqar Bayramov manatın dollara qarşı rəsmi məzənnəsinin artımını şərh edərkən bildirib. 

"Manatın belə kəskin devalvasiyası bu səbəbdən gözlənilmirdi ki, Azərbaycan Mərkəzi Bankının rəhbəri Elman Rüstəmovun bu yaxınlarda verdiyi bəyanatında bununla bağlı heç bir məlumat bildirilməyib. Mərkəzi Bankın bəyanatında isə milli valyutanın mərhələ-mərhələ devalvasiya olacağı haqqında deyilib", - V.Bayramov qeyd edib. 

Ekspert vurğulayıb ki, kəskin devalvasiyanın müsbət məqamları da mövcuddur. 

"Kəskin devalvasiya büdcədə gəlirlərin həcminin artmasına səbəb olacaq. Bundan başqa, devalvasiya həmçinin milli ixracatın stimullaşdırılması nöqteyi-nəzərindən vacibdir, çünki xarici malların qiymətləri artacaq, və bu, artıq 30-35% arasında müşahidə olunur", - iqtisadçı bildirib. 

Ekspertin fikrincə, Mərkəzi Bankın 2015-ci il üçün proqnozlarında inflyasiyanın birrəqəmli olmasına baxmayaraq, illik inflyasiya ikirəqəmli olacaq və təxminən 14% təşkil edəcək.

"Birmənalıdır ki, kəskin devalvasiya bank sahəsinə də mənfi təsir göstərəcək, çünki kreditlər manatla verilib. Banklar həmçinin manat kütləsinin alınmasında çətinlik çəkəcəklər. Devalvasiya həmçinin kommersiya bankları tərəfindən verilən kreditlərin ucuzlaşmasına gətirib çıxaracaq", - V.Bayramov bildirib. 

İqtisadçı həmçinin dollar məzənnəsinin 0,9 manat səviyyəsində olacağını istisna etmir: "İstənilən halda proqnoz vermək çox çətindir, lakin idxal və ixrac baxımından, eləcə də sosial və iqtisadi nöqteyi nəzərdən 0,9 manat/dollar məzənnəsi ən məqsədəuyğundur". 

Son xəbərlər

Orphus sistemi