Ekspert: "Azərbaycan-Türkiyə diplomatik əlaqələri siyasi proseslərə öz təsirini göstərəcək"

Ekspert: "Azərbaycan-Türkiyə diplomatik əlaqələri siyasi proseslərə öz təsirini göstərəcək" "Azərbaycan və Türkiyə arasındaki diplomatik əlaqələrin bərpasından tarixi baxımdan çox da uzun müddət keçməyib. Ancaq mahiyyət etibarilə iqtisadi, hərbi, siyasi prizmalardan baxdıqda əldə olunan nailiyyətlər qənaətbəxşdir"
Analitika
14 Yanvar , 2022 19:03
Ekspert: Azərbaycan-Türkiyə diplomatik əlaqələri siyasi proseslərə öz təsirini göstərəcək

"Azərbaycan və Türkiyə arasındaki diplomatik əlaqələrin bərpasından tarixi baxımdan çox da uzun müddət keçməyib. Ancaq mahiyyət etibarilə iqtisadi, hərbi, siyasi prizmalardan baxdıqda əldə olunan nailiyyətlər qənaətbəxşdir".

Bu fikirləri "Report"un yerli bürosuna açıqlamasında İstanbul Aydın Universitetinin Siyasi elmlər fakültəsinin doktoru Murad Jane bildirib.

Ekspert qeyd edib ki, xüsusilə postpandemiya dövründə diplomatik sahədə daha güclü əməkdaşlığa ehtiyac var:

"Dünyanın yenidən şəkilləndiyi, quruluşca yenidən dizayn olunduğu postpandemiya dövründə iki qardaş ölkənin diplomatik əlaqələrini gücləndirməkdə, yüksək səviyyəli həmrəylik nümayiş etdirməkdə fayda var. Bunun nə qədər vacib və doğru addım olduğuna, İkinci Qarabağ müharibəsi zamanı da şahid olduq".

Son xəbərlər

Orphus sistemi